Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tayland klubu "Buriram Yunayted”in heyətində ilk rəsmi qolunu vurub.
Qaynarinfo-nun məlumatına görə, hücumçu ölkə çempionatının II turunda "Lampun Uorrior”la görüşdə fərqlənib.
O, komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçın 6-cı dəqiqəsində hesabı açıb. Şeydayev yalnız 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Buriram Yunayted” hazırda 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Şərhlər