Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin "Kocəlispor" klubunda debüt edib.
Qaynarinfo xəbər verir ki, o, komandasının I Liqanın 20-ci turunda səfərdə "Altay"a 2:0 hesabı ilə qalib gəldiyi matça start heyətdə başlayıb və sonadək meydanda olub.
27 yaşlı forvard 40-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Kocəlispor” turnir cədvəlində 39 xalla 3-cü pillədə qərarlaşıb.
Şərhlər