Xəbər lenti

Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Ekonomiks 13:45 14.05.2024

Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin "Yaşıl” istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Belə ki, 18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter "Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar üzrə məlumatlar:
 


İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində "Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının "Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->