Sahibkarların öz bizneslərini rahat şəkildə inkişaf etdirməsinə hər zaman dəstək olan "Rabitəbank" ASC fermer təsərrüfatı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər üçün Fermer krediti təklif edir.
Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaq istəyən sahibkarlar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), eləcə də İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən güzəştli kreditdən yararlana bilər. Belə ki, sahibkarlar kredit ilə bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq və digər ailə-kəndli fermer təsərrüfatlarını inkişaf etdirə, eləcə də aqrotexniki qulluq, gübrə və yem alışını edə bilərlər.
Kreditin məbləği: 100 000 AZN-dək
Kreditin müddəti: 60 ayadək
İllik faiz dərəcəsi: 5%-dən başlayaraq
Bundan başqa, "Rabitəbank" AKİA ilə birgə aqrar sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər üşün Fermer kart kredit kartını da təqdim edir. Nağdsız əməliyyatların təşviqi məqsədilə təqdim edilən kart ödənişsizdir və 60 gün güzəşt müddətində 0 % nəzərdə tutulub.
Kartda kredit limiti üzrə məbləğ 15 000 AZN-dək, müddət isə 24 aya qədərdir. Fermer kartı biznes təyinatlı istifadə üçün verilir və yalnız aqrar fəaliyyətlə bağlı xərclərin ödənilməsinə, yəni kənd təsərrüfatı təyinatlı əsas vəsait, yardımçı avadanlıq və texnika, yanacaq, gübrə, yem, toxum və ting alınmasına, həmçinin aqro texniki qulluq xərclərinin ödənişlərinin aparılmasına icazə verilir.
Fermer kartından yalnız nağdsız qaydada
TapAgro.az portalından məhsul alışı zamanı istifadə etmək, bütün yanacaqdoldurma məntəqələrində ayda maksimum 500 AZN olmaqla nağdsız şəkildə ödəniş etmək olar.
"Rabitəbank" 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Şərhlər