"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 38-ci turunun "Vest Hem"lə oyunundan sonra təşkil olunan mətbuat konfransında "Liverpul"u tərk edən alman mütəxəssis Yurgen Kloppun gedişi ilə bağlı sualı cavablandırarkən duyğularını saxlaya bilməyib və göz yaşlarına boğulub.
Qaynarinfo bu barədə championat.com-a istinadəön xəbər verir.
"Onun üçün çox darıxacağam... Yurgen Klopp həyatımın həqiqətən vacib hissəsi idi. O, məni məşqçi kimi növbəti mərhələyə apardı. Bir-birimizə inanılmaz hörmətimiz var...", deyə Qvardiola bildirib.
Qeyd edək ki, Klopp 2015-ci ilin payızından "Liverpul"da çalışır. Onun rəhbərliyi altında "qırmızılar" İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. Kloppu bu postda "Feyenoord"un hazırkı baş məşqçisi Arne Slot əvəz edəcək.
Mayın 19-da "Mançester Siti" ardıcıl dördüncü dəfə İngiltərə Premyer Liqasının qızıl medalını qazanıb. Bu mövsüm də qələbə uğrunda mübarizə aparan "Liverpul" mövsümün sonunda "Arsenal"dan geri qalaraq, üçüncü olub.
Aydın
Şərhlər