"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Liverpul"un baş məşqçisi Yurgen Kloppun 2023/24 mövsümü başa çatdıqdan sonra klubu tərk etməsi ilə bağlı açıqlamasını açıqlam varib. Qvardiola onu daha yaxından tanımadığını etiraf edib, lakin həmkarını inanılmaz məşqçi və insan adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mirror"a istinadən xəbər verir.
"Məndə elə bir hiss var ki, o gedəndə "Mançester Siti"nin bir hissəsi də gedəcək. Bütün bu illər ərzində o və "Liverpul" bizim əsas rəqibimiz idi, "Borussiya"da (Dortmund) da mənim əsas rəqibim olub. O darıxacaq, mən də onun üçün darıxacam. Mən bir az xoşbəxtəm, çünki "Liverpul"la oyundan əvvəl gecə daha yaxşı yatacam", deyə Qvardiola bildirib.
Qeyd edək ki, alman mütəxəssis 2015-ci ilin payızından "Liverpul"da çalışır. "Qırmızılar" onun rəhbərliyi altında İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Kuboku, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub.
Aydın
Şərhlər