Xəbər lenti

Qurtuluş Savaşını başladığı şəhər: Atatürkü Samsuna gətirən Bandırma gəmisi (FOTOLAR)
Foto 16:23 10.09.2022

Qurtuluş Savaşını başladığı şəhər: Atatürkü Samsuna gətirən Bandırma gəmisi (FOTOLAR)

Bu günlərdə Türkiyənin Daşkənd səfirliyilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə türkdilli ölkələrdən olan jurnalistlərin qardaş ölkəyə növbəti səfəri baş tutdu. Bu dəfəki səfər Qara dəniz bölgəsinə - Samsun və Sinopa reallaşdı. 5 günlük səfərdə Azərbaycandan olan jurnalistlərlə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstan, həmçinin Polşadan olan media təmsilçiləri iştirak edirdi.

Samsunda "Teknofest-Qaradəniz" festivalının keçirildiyi günlərə təsadüf edən səfər zamanı media nümayəndələri festivalı işıqlandırmaqla yanaşı, Samsunun tarixi yerlərini, turimz bölgələrini gəzmək, informasiya toplamaq imkanı da qazandı.



Səfər ərzində jurnalistlərə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Emine Fatoğlu Topkaya və Deniz Medvedeva bələdçilik etdi.

Öncədən qeyd edim ki, Samsun Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərdir. İki şəhər arasında 2012-ci ilin aaprel ayında potokol imzalanıb. Protokola həmin vaxt Sumqayıt İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizovla şəhərə səfər edən Samsun şəhərinin meri Yusif Ziya Yılmaz imza atıb. Görüşdə iki şəhərin əməkdaşlıq əlaqələri, eləcə də müxtəlif mədəni tədbirlərin keçirilməsi müzakirə olunub.

28 may 2022-ci ildə Samsun böyükşəhər bələdiyyə başqanı Mustafa Dəmir Sumqayıt şəhərində olub. Səfər çərçivəsində bələdiyyə başqanı Mustafa Dəmir Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Sumqayıt bələdiyyəsinin sədri Sərviz Süleymanovla görüşüb. Daha sonra nümayəndə heyəti Sumqayıt şəhəri ilə yaxından tanış olub.



Samsun səfərinin ən maraqlı məqamlarından biri Bandırma gəmisinə edilən gəzinti oldu. Bandırma gəmisi Türkiyənin qurucuzu Qazi Mustafa Kamal Paşa Atatürküü 9-cu Ordu Müfəttişi olaraq silah yoldaşları ilə birlikdə İstanbuldan Samsuna gətirən gəmidir. Atatürk və silahdaşları 1919-cu ilin 19 may tarixində bu gəmi ilə Samsuna gəlib və bunula da Türkiyəni işğalçılardan xilas edərək, müstəqil Cümhuriyyətin elan edilməsinə aparan Qurtuluş Savaşı başlayıb.

Hazırda Samsunda sərgilənən gəmi tarixi Bandırma gəmisinin analoqu olaraq hazırlanıb. Bandırama İsmayıl Hakkı Durusunun kapitanlığı altında Mustafa Kamal Atatürkü 9-cu Ordu Müfəttişi olaraq heyəti ilə 1919-cu ildə İstanbuldan Samsuna aparıb. İstanbuldan Samsuna səyahəti zamanı mümkün qədər sahilə yaxın bir marşrutla hərəkət edən Bandırma gəmisi 19 may 1919-cu ildə Tütün İskelesi sahilində Samsunda lövbər salıb.  



Türkiyə Cümhuriyyətinin qurulmasında atılan ilk addımlardan biri kimi üzərinə düşən vəzifəni yerinə yetirən və cümhuriyyət tarixində öz yerini tutan həmin gəmi bu gün Samsunun Canik rayonunda ilkin formasına uyğun olaraq yenidən qurulub. Yenidən qurulan Bandırma gəmi muzeyi 18 may 2003-cü ildə ziyarətçilərin istifadəsinə verilib. Orijinal Bandırma  gəmisinin layihəsi əsasında 15 aprel 2001-ci ildə tamamlanan muzey gəmisinin daxili dizaynı Abdi Güzel tərəfindən hazırlanıb. Samsunda muzey gəmisinin yerləşdiyi əraziyə bələdiyyə tərəfindən müxtəlif əlavələr və abadlıq işləri aparılıb. Bu işlərdən sonra əraziyə Bandırma Gəmisi və Milli Mücadilə Parkı Açıq Səma Muzeyi adı verilib. 

Gəminin sərgiləndiyi Bandırma açıq hava muzeyində 19 Türkiyə bayrağı yerləşir. Bu bayraqlar Atatürk və Samsuna birlikdə gəldiyi 18 silahdaşını təmsil edir. Bayraqların ortasında yerləşən heykəl isə Qurtuluş Savaşındakı qələbəni xarakterizə edir.



Açıq hava muzeyində Qurtuluş Savaşında həyatını itirən 1200 şəhidin adının yazıldığı Şəhidlər abidəsi yerşəlir.

Bandırma gəmisində Atatürk və silahdaşlarının fotoları, tarixi sənədlər, silahlar və s. sərgilənir. İçəridə Mustafa Kamal Paşa və silahdaşlarının görüş anı canlandırılır. Orda 5 heykəl var. Dövrün ruhunu əks etdirmək üçün 1900-cü illərin əvvəllərinə aid qoz ağacından hazırlanmış orijinal masa və stullardan istifadə edilib. Stolun üstündə ceyran dərisinə həkk olunmuş 1910-cu ilə aid 110 illik Qara dəniz xəritəsi nümayiş etdirilir. Mustafa Kamal Paşa heykəli ilə üzbəüz olan mis saat 8-ə sabitlənərək sərgilənir. Buna səbəb Paşanın mayın 19-u, səhər saat 08:00-da Samsun Tütün İskelesinə çıxmasıdır. 



Göyərtənin digər hissəsində gəmi kapitanı İsmail Hakkı (Durusu) bəyin, kapitan köməkçisi Üsküdarlı Tahsin bəyin və şifrə məmuru İsmayıl bəyin heykəlləri yerləşir. Gəmi kompası, sürət idarəetmə paneli, balans kompası, saat və s. əsərlərə rast gəlinir.

Gəminin ön göyərtəsinə doğru irəlilədiyiniz zaman yataq otağı diqqəti cəlb edir. Kabin kimi təşkil edilən məkana simvolik mebel daxildir.

Yataq otağının qarşı tərəfindən gəminin anbarına enir. Anbar hissəsi sərgi salonu kimi təşkil olunub. Bütün ərazi gəmidə tarix mütəxəssisləri, sənət tarixçiləri və arxeoloqlardan ibarət sahə bələdçiləri tərəfindən izah edilir. Sərgi salonundakı təqdimat Mustafa Kamal Atatürk, Samsun və Milli Mübarizə üçbucağında edilir.

Muzeydə vurğulanan hissələrdən biri də Mustafa Kamal Paşanın Samsuna olan lütfüdür. Samsunun Milli Mübarizədəki əhəmiyyəti Mustafa Kamal Atatürkün hekayəsi ilə ziyarətçilərə çatdırılır. Yenə muzeydə Atatürkün doğum gününü 19 May kimi qəbul etdiyinə dair sənədin surəti var.

Muzeyin ən mühüm tarixi sənədlərindən biri də 1923-cü ildə Xarici İşlər Nazirliyi tərəfindən çap edilmiş Lozanna Sülh Müqaviləsinin orijinal Osmanlı nəşridir.

Bundan əlavə, sərgi salonunda Atatürkün orijinal Belçika istehsalı olan "Nagant" markalı tapançası, Dolmabahçe sarayında və Savarona yaxtasında geyindiyi paltarların surətləri var. Mustafa Kamal Atatürkün ölümünün Samsun mətbuatına əks olunması, Samsunda təşkil edilən yas mərasimləri, Atatürkün ölüm xəbəri, vəsiyyətnamə və notarius təsdiqi Cümhuriyyət arxivindən götürülmüş surətlər şəklində sərgilənir.

Mustafa Kamal Atatürkün sağlığında yazdığı 14 kitabın nümunələri də sərgi sahəsindəki qiymətli əsərlər sırasındadır. Muzeydə böyüklər və uşaqlar haqqında danışmağın iki fərqli yolu var.

35.000 m2 sahədə qurulan açıq hava muzeyində Çanaqqala döyüşünü və düşmənin İzmirdən dənizə tökülməsini əks etdirən Türkiyənin ən uzun keramika qabartması yerləşir.
 
Pərvin Kazımoğlu
Bakı-Samsun-Sinop-Bakı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->