Xəbər lenti

Qurban Qurbanov:
İdman 13:50 20.09.2023

Qurban Qurbanov: "Çox ciddi rəqibə qarşı oynayacağıq"

"Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq”.

Qaynarinfo-nun məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin "Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib: "Çox ciddi rəqibə qarşı oynayacağıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq. "Molde” son vaxtlar meydanda ən intizamlı oyun göstərən rəqiblərimizdən biridir. Boşluq verməyi xoşlamırlar. Üç il əvvəl qarşılaşdığımız "Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar”.

O, azarkeşləri uğurlu nəticə ilə sevindirmək istədiklərini söyləyib: "Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etmələri bizə həmişə motivasiya verib. Ancaq nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah da bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik”.

Baş məşqçi zədəli müdafiəçi Bəhlul Mustafazadənin durumuna aydınlıq gətirib: "Bəhlulun durumu ilə bağlı yəqin ki, oyuna kimi məlumat verilməyəcək. Hələ ağrıları var. Dünəndən bu günə qədər fərq hiss olunur. Ancaq bugünkü durumu bizi qane etmir”.

Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Molde” oyunu saat 20:45-də başlayacaq. (Report)
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->