Xəbər lenti

Qurban Qurbanov: “Bunu nə qədər desək də, ürək ağrısı həmişə qalacaq
İdman 15:16 14.09.2022

Qurban Qurbanov: “Bunu nə qədər desək də, ürək ağrısı həmişə qalacaq"

Sabah UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq "Qarabağ” - "Nant” matçından öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Qaynarinfo xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Mənim üçün danışmaq heç də asan deyil. Nə qədər şəhidimiz var. Qızğın döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Əfsuslar olsun ki, gənc övladlarımız canlarından keçdilər. Allah hamısına rəhmə eləsin. Oyuna gəlincə, "Nant”la yaxından tanışıq. Geniş danışmaq istəmirəm, suallarınızı cavablandıraram”.

- "Nant”ın güclü və zəif tərəfləri hansılardır?

- Bəlkə də qrupumuzda ən baxımlı oynayan komandadır. Çox aqressiv, aktiv, fərdi ustalığı yüksək olan oyunçuları var. Komplektləşmiş komandadır. Bu rəqibə qarşı yaxşı futbol oynamalıyıq. Onlardan çəkinməyərək, mütləq qaydada rəqibin üzərinə getməliyik, aktiv olmalıyıq. Müdafiə olunsaq, bundan istifadə edəcəklər. 

- Sabah oyunöncəsi şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmək üçün UEFA-ya müraciət etmisiniz?

- Bəli, klub tərəfindən bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edilib. Nə cavab verəcəklər, sabah oyundan öncə bilinəcək. 

- "Sabah”la ağır matçdan sonra komandada ümumi vəziyyət necədir?

- Bilirsiniz ki, müdafiə xəttində çətinliklər var. Maksim Medvedev, Kevin Medina zədəlidir. Bədavinin durumu da dəqiq deyil. Ehtiyatdakı futbolçular da maksimum hazırlaşıblar. Məşqdə komandanın ümumi durumuna baxacağıq.

- Çıxışınızın əvvəlində şəhidlərimizin məsələsinə toxundunuz. Bu komandanın oyununa necə təsir edə bilər?

- Məsuliyyət həmişə var. Çünki həmişə hansı komandanı təmsil etdiyimizi futbolçulara çatdırırq. Onların yadına salırıq. Son 3-4 ildə dəfələrlə belə hallar yaşanıb. Şükürlər olsun Allaha ki, torpaqlarımızı geri qaytarmışıq. Amma bunu nə qədər desək də, ürək ağrısı həmişə qalacaq. Şəhidlərimizin valideynləri övladsız, onların 2-3 yaşında olan övladları atasız qalıblar. Bəziləri dünyaya yenicə gəlib. Bu bizim işimizdir, nə qədər ağır olsa da, çalışacağıq komandanı hazırlayaq, bütün diqqətimiz fikrimiz oyunda olsun.

- "Nant”ın 9 oyunda cəmi iki qələbələri var. Görünən odur ki, nə qədər hücum futbolu oynayıb topa nəzarət etsələr də, müdafiə xəttində "axsayırlar”...

-  Oyunu komanda ilə birlkidə analiz edəndə bu statistikanı futbolçulara çatdırmışam. Fransa Kubokunu boşuna əldə etməyiblər. Ola bilər oyunun əvvəlində hansısa çatışmazlıqlar yaransın. Bütün bunlara baxmayaraq, çox yaxşı müdafiə xətti, yarımmüdafiə və hücum potensialı var. Futbolçuları soyuqqanlıdırlar, nə etmək istədiklərini yaxşı bilirlər. Hansısa oyunlarda bəzən yorğunluq müşahidə edilə bilər. Onları yaxşı başa düşürəm. 

- "Nant”ın "açar oyunçuları” hansılardır?

- Hamısı çox yaxşı futbolçulardır. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->