Xəbər lenti

Qonşu qadınların davası məhkəmədə bitdi: Söyüş yazıb qapısına yapışdırıb...
Ölkə 10:42 25.01.2024

Qonşu qadınların davası məhkəmədə bitdi: Söyüş yazıb qapısına yapışdırıb...

Bakıda qonşu qadınlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib.  

Qanarinfo-nun məlumatına görə, 1995-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Bakının Nizami rayonunda yaşayan Afət Abbasova qonşuluqda yaşayan Rahilə Bağırovanı döyüb.

Rahilə Bağırova bununla bağlı polisə şikayət edib. Afət Abbasova barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmə iclasında təqsirləndirilən Afət Abbasova bildirib ki, Rahilə Bağırova dəfələrdə onu təhqir edib, mənzilinin qapısına söyüşlər yazaraq yapışdırıb. Onun barəsində hüquq mühafizə orqanlarına şikayət edib. 

Zərərçəkmiş Rahilə Bağırova qonşusu Afət Abbasova ilə bərabər onun ərindən də şikayətçi olduğunu dilə gətirib: "Onun əri dəfərlərlə məni və binadan yaşayan digər qadınları təhqir edib. Bununla bağlı hüquq mühafizə orqanlarına da şikayət edilib və sonradan həyat yoldaşım tərəfindən geri götürülüb".

Ərinin şikayətini geri çəkməsindən narazı olan Afət Abbasova onun mənzilinə gələrək mübahisə edib. Əvvəl sözlü mübahisə olub və dalaşa-dalaşa məhləyə çıxıblar. Zərərçəkmiş bildirib ki, Afət Abbasova onu itələyib, nəticədə qolu göyərib, barmağını onun gözünə salıb. O, özünü müdafiə məqsədilə təqsirləndirilən şəxsi itələdiyini bildirib. Rahilə Bağırova Afət Abbasova və ərinin bir daha onu narahat etməməsini tələb edib. Qeyd edilənlərə əsasən, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə Afət Abbasova barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->