Xəbər lenti

Qətər daha bir böyük turnirə ev sahibliyi edəcək
İdman 17:58 17.10.2022

Qətər daha bir böyük turnirə ev sahibliyi edəcək

Çinin koronavirusla bağlı tədbirlərə görə ev sahibliyindən geri çəkilməsindən sonra Asiya Kubokunun keçiriləcəyi ölkə müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Asiya Futbol Federasiyasının (AFC) 2023-cü ildə keçiriləcək turnirə ev sahibliyini Qətər edəcək.
 
AFC-nin saytında yerləşdirilən açıqlamada qurumun İcraiyyə Komitəsi Qətəri 2023-cü il Asiya Kubokunun ev sahibi ölkə kimi təsdiq edib.

Sözügedən turnir 1988 və 2011-ci illərdə də məhz bu ölkədə təşkil olunub. Qətər Asiya Kubokunun son çempionudur.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->