Xəbər lenti

Qəşəm Nəcəfzadə:
Sənət 12:45 26.10.2022

Qəşəm Nəcəfzadə: "Kəramət mənim arzularımdan da böyükdür, kaş ki..."

"Kaş ki Kəramət Yazıçılar Birliyinin üzvü olaydı və sədr vəzifəsinə namizədliyini irəli sürəydi. Onun AYB-də olmasını arzulayıram, amma Kəramət mənim arzularımdan da böyükdür”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında şair Qəşəm Nəcəfzadə Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən qurultayından və sədr vəzifəsinə irəli sürülən namizədlərdən danışarkən deyib. 

Qəşəm Nəcəfzadə vurğulayıb ki, onun bu arzuları Kəramət Böyükçölü çərçivəyə salır: "Xalq onu sevir, mən də onunla fəxr edirəm. Onun arxasında böyük oxucu kütləsi var, kitabları satılır. Kəramətin Yazıçılar Birliyində olması çoxlarına lazımdır. Kəramətin fikirlərini öyrənə bilmirəm. Kəramət qeyri-adi adamdır”. 

Qeyd edək ki, yazıçı Kəramət Nəcəfov (Böyükçöl) 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən kənarlaşdırılıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->