Xəbər lenti

“Qənirə xanım xalqa layiqli övlad idi” - Anatoliy Rafailov
Ölkə 12:41 29.09.2023

“Qənirə xanım xalqa layiqli övlad idi” - Anatoliy Rafailov

"Qənirə xanım sözün həqiqi mənasında vətənə, xalqa layiqli övlad, yaxşı dost və həmkar idi”. 

Bu sözləri Qaynarinfo-ya 53 saylı Quba-Qusar seçki dairəsi üzrə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, "Magen Daviq Group"un fəxri sədri Anatoliy Rafailov həmkarı Qənirə Paşayevanın vəfatı ilə bağlı danışarkən deyib.

Anatoliy Rafailov əlavə edib ki, Qənirə Paşayevanın vaxtsız vəfatı ilə barışmaq heç də asan deyil: 

"Qəlbi mərhəmət, sevgi və şəfqət dolu Azərbaycanın dəyərli övladının vaxtsız vəfatından çox kədərlənmişəm, bununla barışmaq heç də asan deyil. Qənirə xanıma Tanrıdan rəhmət və yaxınlarına səbr arzulayıram!”

Qeyd edək ki, sentyabrın 23-dən komada olan Qənirə Paşayeva dünən dünyasını dəyişib. O, bu gün İkinci Fəxri Xiyabanda dəfn edilib. Qənirə Paşayeva III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->