Xəbər lenti

Qəbələdə əhali turistləri kəndə buraxmır? - DİN-dən açıqlama
Video 12:58 15.08.2022

Qəbələdə əhali turistləri kəndə buraxmır? - DİN-dən açıqlama

Qəbələnin Laza kəndinin əhalisinin ötən gün - avqustun 14-də turistləri kəndə buraxmaması ilə bağlı sosial şəbəkələrdə iddia yayılıb.

Qaynarinfo xəbər verir ki, iddalarla bağlı yayılan görüntülərdə kəndin girişində sakinlərin toplaşdığı və polis əməkdaşlarının cəlb oluduğu görünür. Kadrları lentə alan şəxs iddia edir ki, hadisə yerinə gələn polis əməkdaşları da kəndə girişi "qadağan edən” sakinlərin haqlı olduğunu bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Qaynarinfo-ya bildirib ki, Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb. Əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->