Xəbər lenti

“Qəbələ”nin məşqçisinə 5 oyunluq cəza
İdman 14:51 19.05.2023

“Qəbələ”nin məşqçisinə 5 oyunluq cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasın Birinci Divizionun 29-cu turuna həsr olunmuş hissəsində qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.

"Neftçi-2” – "Araz Naxçıvan” oyununda "Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);

"Neftçi-2” – "Araz Naxçıvan” oyununda "Araz Naxçıvan” klubunun futbolçusu Emil Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);

"Zaqatala” – "Qəbələ-2” oyununda "Zaqatala” klubunun futbolçusu Kənan Müslümov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);

"Zaqatala” – "Qəbələ-2” oyununda "Zaqatala” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə "Zaqatala klubu 80 manat cərimə edilir (maddə 51.2);

"Zaqatala” – "Qəbələ-2” oyununda "Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Qəbələ-2” komandası 80 manat cərimə edilir (maddə 39);

"Zaqatala” – "Qəbələ-2” oyunu bitdikdən sonra "Qəbələ-2” komandasının qapıçılar üzrə məşqçisi Elçin Rzazadə oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, komanda 400 manat cərimə edilir (maddə 41.4);

"Səbail-2” – MOİK oyununda "Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);

"Səbail-2” – MOİK oyununda MOİK klubunun futbolçusu Elşən Veysov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə edilir (maddə 36.1);

"Qaradağ Lökbatan” – "Mingəçevir” oyununda "Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilir (maddə 39);

"Sumqayıt-2” – "Şamaxı-2” oyununda "Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 39).

"İmişli” – "Zirə-2” oyununa Təcili Tibbi Yardım təyin olunan vaxtdan gec gəldiyinə görə "İmişli” klubu 40 manat cərimə edilir (maddə 62.2);

"İmişli” – "Zirə-2” oyununda "İmişli” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə "İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);

"İmişli” – "Zirə-2” oyununda meydançaya kənar əşyalar atıldığına görə "İmişli” klubu 160 manat cərimə edilir (maddə 51.1).

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->