Qərbi Ukrayna ilə bağlı güzəştə getməyə məcbur etmək üçün Avropanı uğursuz "dondurmaq” cəhdi "Qazpromu” məhv etməkdə davam edir. 2023-cü ilə əsasən planetin ən böyük qaz ehtiyatlarına sahib olan şirkət əsas fəaliyyətində zərərlə işləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” şirkətin illik hesabatına istinadən
yazır.
"Qazprom” il ərzində qaz hasilatı və satışından 291 milyard rubl (3,14 mlrd dollar – red.) itirib, yəni hər həftə orta hesabla 5,6 milyard rubl (60,4 mln dollar – red.) zərərə düşüb.
Rəsmi olaraq şirkət illik 695,6 milyard rubl xalis mənfəət əldə etdiyini bildirib, lakin bu, digər şirkətlərdə iştirakdan dividendlər almaqla tam təmin olunub, Rusiya Federasiyası Mərkəzi Bankının keçmiş sədr müavini, hazırda isə Brukinqs İnstitutunun baş elmi işçi olan Sergey Aleksaşenko qeyd edir. 895,2 milyard rubl məbləğində gəliri "Qazprom” şirktətinə "Qazprombank”, SOGAZ sığorta qrupu, "Novatek” və "Qazprom neft”də olan səhmlər gətirib və mənfəət qaz monopoliyasının büdcəsindən "yamaq" üçün istifadə edilib.
Məlumatlara görə, son bir il ərzində "Qazprom”un gəliri üçdə bir, əməliyyat mənfəəti 80% azalıb, xalis pul axını - hesablara daxilolmalar və xaricolmalar arasındakı fərq cəmi 55,9 milyard rubl təşkil edib. Nəticədə "Qazprom” "nağd pul yastığını” əhəmiyyətli dərəcədə bərpa edə bilməyib: 2022-ci ildə 6 dəfə azalaraq 1,473 trilyondan 247 milyard rubla düşüb, 2023-cü ildə isə cüzi şəkildə - 74 milyard artıb.
Əksər Avropa ölkələrinə qazı kəsməklə, "Qazprom” onilliklər ərzində qurduğu ən böyük satış bazarını itirib. Ötən il onun ixracı cəmi 69 milyard kubmetr təşkil edib ki, bu da 1985-ci ildən bəri ən aşağı göstəricidir. Artıq şirkət üçün tarixində ən pis il olan 2022-ci illə (100,9 milyard kubmetr) müqayisədə xaricə satılan qazın həcmi daha üçdə bir azalıb. Müharibədən əvvəlki səviyyələrlə (2021-ci ildə 185 milyard kubmetr) müqayisədə "Qazprom”un ixracı üç dəfə azalıb.
Avropaya tədarük 1970-ci illərin ikinci yarısının səviyyəsi olan 28 milyard kubmetrə düşüb. Lakin "Qazprom”un hasilatı cəmi 404 milyard kubmetr təşkil edib və şirkətin mövcud olduğu 34 ildə minimum həddə çatıb.
Nizami Bağırov
Şərhlər