Xəbər lenti

Qazaxıstandakı referendum Məzahir Pənahovu çox təəccübləndirib
Dünya 16:35 07.10.2024

Qazaxıstandakı referendum Məzahir Pənahovu çox təəccübləndirib

Qazaxıstan vətəndaşları ölkədə və bütün Orta Asiyada ilk atom elektrik stansiyasının tikintisinə dair referendumda səs veriblər. Ölkə Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasında bildirilir ki, oktyabrın 6-da saat 21.00-a olan məlumata görə, siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 63,87 faizi səsvermədə iştirak edib. Referendumun gedişini 30 ölkədən olan müşahidəçilər izləyib. 

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzair Pənahov bildirib ki, Azərbaycandan referendumu izləmək üçün 13 müşahidəçi gəlib və onlar 45 seçki məntəqəsində müşahidə aparıblar. Bu barədə Orda.kz saytı məlumat yayıb. 

"Heç bir qanun pozuntusu müşahidə edilmədi, lakin seçki məntəqələrində hökm sürən ab-hava məni çox təəccübləndirdi. Bir bölmədə insanların kiçik uşaqlarla gəldiyini görəndə xoş təəccübləndim. Hətta aydın görünür ki, onlar seçici deyillər, lakin valideynləri səs verərkən böyük məmnuniyyətlə içəridə olublar. Bu baxımdan hiss olunurdu ki, qazax xalqı azaddır və öz istəyini ifadə etmək istəyir", deyə Məzahir Pənahov bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->