Xəbər lenti

Qardaşı tərəfindən şantaj olunan Poqbadan nə qədər pul istənilib?
İdman 12:00 25.10.2022

Qardaşı tərəfindən şantaj olunan Poqbadan nə qədər pul istənilib?

Pol Poqbanın yaxın dostu Bubakar Kamara ulduz yarımmüdafiəçinin şantaj prosesindən danışıb.

Qaynarinfo xəbər verir ki, Poqba 2022-ci ilin əvvəlində baş verən şantaj hadisələrindən sonra futbolu tərk etmək haqda düşünürmüş. Bu barədə Fransa mətbuatında məlumat yer alıb. 29 yaşlı futbolçu evinə girən silahlı şübhəlilər, narkotik vasitə olması ittihamı ilə ondan 13 milyon avro tələb etdiklərini bildirib.

Kamara yerli mətbuata açıqlamasında "O, baş verənləri təsvir etməkdə çətinlik çəkdi, mənə daha futbol oynamaq istəmədiyini söylədi. Ağlayırdı, onu sakitləşdirməli oldum. Uşaqları, həyat yoldaşı və onun üçün qorxurdu" - sözlərini söyləyib.

Fransa mətbuatında yer alan xəbərlərə görə, mütəşəkkil dəstə Poqbanı hədələyərək ondan zorla pul almağa cəhd edib. Məsələ ilə bağlı səlahiyyətli qurumlara məlumat verilib. Poqba isə mütəşəkkil cinayətkarlıqda onu təhdid və qəsb etməyə çalışanları məhz qardaşının yönləndirdiyini deyib.

Məşhur futbolçunun vəkili açıqlamasında "Mathias Poqbanın sosial mediada son paylaşımları sürpriz deyil. O, qardaşına qarşı təhdidlərə və mütəşəkkil dəstə tərəfindən qəsb cəhdlərinə töhfə verir. İtaliya və Fransanın hakimiyyət orqanları bu məlumatı bir ay əvvəl alıb. Davam edən istintaqla bağlı əlavə şərh verilməyəcək" - sözlərini söyləyib.

Poqba onunla bağlı bəzi sənədləri ortaya çıxaracağını bildirən video paylaşan qardaşı Matias haqqında Fransız radiosu" Franceinfo"ya açıqlamasında şikayət etdiyini və məhkəmə prosesinin başladığını açıqlayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->