Aprelin 25-də general-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin edilib.
Qaynarinfo xəbər verir ki, onun tərcümeyi-halını "Kommersant"
araşdırıb.
Aleksandr İvanoviç Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Xolmski qəsəbəsində anadan olub. 1978-ci ildə Ryazan Ali hava desant komandanlığı məktəbini, 1989-cu ildə M.V. Frunze adına Hərbi akademiyanı, 2008-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının ən yüksək akademik kurslarını bitirib.
1978-ci ildən Hərbi Hava Qüvvələrində kəşfiyyat tağımının komandirindən tutmuş hava-desant taborunun komandirinə qədər müxtəlif vəzifələrdə xidmət edib, alayın qərargah rəisi, alay komandiri, diviziyanın komandir müavini və komandiri olub. O, Əfqanıstan və Bosniya müharibələrində iştirak edib: birincisində hava-desant hazırlığı üzrə təlimatçı, ikincisində Rusiya sülhməramlılarının bir bölməsinin komandiri olub. Hər iki Ceşen müharibəsinin və 2008-ci ilin avqustunda Gürcüstanla müharibənin iştirakçısı olub.
2009-2013-cü illərdə Hərbi Hava Qüvvələrinin komandanının müavini olub.
2014-2015-ci illərdə o, Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltseve bölgələrində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə mərkəzdə Rusiya hərbçilərindən ibarət qrupa rəhbərlik edib. 2016-cı ildən - Beynəlxalq Tank Biatlonu Federasiyasının prezidentidir.
2016-cı il martın 30-da Rusiya Silahlı Qüvvələrinin Suriyadakı komendantlıqları üzrə komandanın müavini, 22 yanvar 2020-ci ildə Rusiya Müdafiə nazirinin müşaviri təyin olunub.
Ailəlidir, bir oğlu var. IV dərəcəli "Vətənə xidmətə görə”, "İgidlik” ordenləri ilə təltif edilmişdir.
Nizami Bağırov
Şərhlər