Xəbər lenti

İdman 01:29 27.09.2024

"Qarabağ" İngiltərədə "Tottenhem"ə uduzdu

"Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub.

Qaynarinfo-nun məlumatına görə, "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb.

Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə "köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

Avropa Liqası
Liqa mərhələsi
I tur

26 sentyabr
Tottenhem (İngiltərə) - Qarabağ (Azərbaycan) 3:0
Qollar: Brennan Yonson, 22. Pape Sarr, 53. Dominik Solanke, 69.
Dəqiq olmayan penalti: Toral Bayramov, 58.
Qırmızı vərəqə: Radu Draquşin, 8 (Tottenhem).
Tottenhem: 1. Qulyelmo Vikario, 6. Radu Draquşin, 7. Hın-Min Son (k), 8. İves Bissuma, 14. Arçi Qrey, 15. Lukas Berqvol, 19. Dominik Solanke, 22. Brennan Yonson, 29. Pape Sarr, 33. Ben Deyvis, 37. Miki van de Ven.
Ehtiyat oyunçular: 20. Fraser Forster, 40. Brandon Austin, 10. Ceyms Maddison, 13. Destini Udogie, 16. Timo Verner, 21. Dejan Kuluşevski, 23. Pedro Porro, 30. Rodriqo Bentanku, 42. Uil Lankserar, 47 Mike Mur.
Baş məşqçi: Anje Postekoqlu.
Qarabağ: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 18. Juninyo, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97.Fabian Buntiç,8. Marko Yankoviç 30. Abbas Hüseynov, 20.Riçard Almeyda, 21.Aleksey Kaşuk,  24.Aleksey İsayev, 15. Leandro Andrade, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11.Emmanuel Adday.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Villi Delajo (Fransa).
London, "Tottenhem Hotspur" stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->