Xəbər lenti

İdman 18:29 31.10.2022

"Qarabağ"ın zədəli futbolçusunun durumuna aydınlıq gəldi

"Şamaxı” – "Qarabağ” oyununda zədələnmiş Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. "Liv Bona Dea Hospital"da MRT müayinəsindən keçən futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb.

Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç, 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun "Frayburq”la matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->