Xəbər lenti

“Qarabağ”ın rəqibi 5 oyundan sonra qələbə qazandı
İdman 21:36 16.10.2022

“Qarabağ”ın rəqibi 5 oyundan sonra qələbə qazandı

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant” Fransa Liqa 1-də növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Antuan Kambuarenin baş məşqçi olduğu komanda XI turda "Brest”i qəbul edib. 

"Nant" 18-ci dəqiqədə hesabda geri düşsə də, 4:1 hesablı qələbə qazana bilib. "Qarabağ"ın rəqibinin heyətində Moses Simon, İnatius Qanaqo, Mustafa Məhəmməd və Mussa Sissoko fərqlənib. 

Bu "Nant"ın Liqa 1-də 5 oyundan sonra ilk qələbəsi olub. Aktivində 10 xal olan komanda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ” Fransa təmsilçisinə qarşı ilk oyununu II turda Bakıda keçirib və 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında ikinci görüş oktyabrın 27-də səfərdə olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->