Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Almaniyada baş tutacaq "Bayer" - "Qarabağ" matçının təyinatları açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Entoni Teylor olacaq. Qari Besuik və Adam Nann kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Qavan Cillett (Avstriya) olacaq.
Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
Səbuhi Həsənov
Şərhlər