Xəbər lenti

İdman 14:58 20.08.2022

"Qarabağ"ın futbolçusu "Qalatasaray"ın hədəfində - Danışıqlar başlayıb

"Qarabağ"ın futbolçuları Qara Qarayev və Toral Bayramov Türkiyə klublarının diqqət mərkəzinə düşüb.

Qaynarinfo xəbər verir ki, bu haqda qardaş ölkənin tanınmış informasiya agentliyi DHA məlumat yayıb. Qurban Qurbanovun rəhbərliyi altında "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışının yüksək qiymətləndirildiyi bildirilib.

21 yaşlı Toralın "Qalatasaray"ın skautlarının diqqətini çəkdiyi, bu səbəbdən onun meneceri ilə danışıqlar aparıldığı söylənilib. Bundan başqa digər Superliqa təmsilçisi "Kayserispor”un və 1-ci liqadan "Eyüpspor”un da Bayramovla maraqlandığı bildirilib. 

Qara Qarayevlə isə hansı klubun maraqlandığı hələ ki, açıqlanmayıb. 

21 yaşlı sol cinah müdafiəçisi Bayramov ötən mövsüm "Qarabağ"ın heyətində 36 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi isə ötən mövsüm 39 oyunda iştirak edib.

Agentliyin məlumatında komandanın çıxışında baş məşqçi Qurban Qurbanovun böyük təsiri olduğu bildirilib, pley-off mərhələsində Çexiya çempionu "Viktoriya" ilə Bakıda baş tutan oyuna xüsusi toxunulub.
 
Azərbaycanlı menecer Elvin Zeynalovun komandanı yaxından izlədiyi və "Qarabağ”a dəstək olmaq üçün stadionlara getdiyi də vurğulanıb. Türkiyədən gələn təklifləri rəhbərliyə çatdıran və iki ölkə arasında körpü yaradan Zeynalov bir çox azərbaycanlı futbolçunun tezliklə Türkiyə liqalarında olacağına inandığını və daim inkişaf edən Azərbaycan futbolunda bir çox adlara çatdığını bildirib.

Agentlik klubun fəxri prezidenti Tahir Gözəlin, menecer Asif Əsgərovun və idman direktoru Emrah Çelikelin fikirlərinə də yer verib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->