UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Qaynarinfo-nun məlumatına görə, siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də var. 28 yaşlı monteneqrolu oyunçu ilə yanaşı, İtaliya "Fiorentina"sından Luka Yoviç, Kiprin AEK (Larnaka) klubundan Anxel Qarsiya və Türkiyənin "Trabzonspor" komandasından Trezege də namizədlər arasında yer alıb.
Yankoviç Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmənin müəllifi olub. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.
"Qarabağ" və "Gent" komandaları arasındakı cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.
Səbuhi Həsənov
Şərhlər