Azərbaycanın tanınmış məşqçilərindən olan Ağasəlim Mircavadov Avroliqanın 1/8 final mərhələsində "Qarabağ”ın "Bayer”lə oyunlardakı şanslarını dəyərləndirib.
Şöhrət Ordenli mütəxəssis Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın Bundesliqa nəhənginə qarşı necə oynamalı olduğunu bildirib:
"Bayer”lə oynayıblar. Bu dəfə ağıllı hərəkətlər etmək lazımdır. Bakıda 0:1 uduzduqları matçda onlara qarşı necə futbol göstərdilər? Elə də oynamalıdırlar. O zaman bizim də şansımız olacaq. Bu mərhələdə zəif klub var ki? "Qarabağ” Azərbaycanı tanıtdırdı. Göstərdilər ki, klublarımız futbol oynaya bilirlər. Bunun özü həddindən artıq böyük işdir”.
Səbuhi Həsənov
Şərhlər