Xəbər lenti

Qanada vətəndaşlardan cinsi əlaqə və öpüşməkdən çəkinməyi xahiş edildi
Dünya 12:27 08.10.2024

Qanada vətəndaşlardan cinsi əlaqə və öpüşməkdən çəkinməyi xahiş edildi

Qana Səhiyyə Xidməti (GHS) meymunçiçəyi xəstəliyinin yayılması səbəbindən ictimaiyyəti öpüşməkdən və cinsi əlaqədən çəkinməyə çağırıb. GHS-nin aydınlaşdırdığı kimi, xəstəlik yaxın bədən təması ilə ötürülə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Modern Ghana” portalı məlumat yayıb.

Xidmət bu tövsiyəni Qananın şimal-qərb bölgəsində daha bir meymunçiçəyi yoluxması halı qeydə alındıqdan sonra verib. Ümumilikdə, artıq ölkədə 88 rayonda 230 yoluxma halı müəyyən edilib. GHS buna görə də insanları "sayıq olmağa və qabaqlayıcı tədbirlər görməyə" çağırır.

"Meymunçiçəyi xəstəliyindən şübhələnən insanlarla öpüşməkdən və cinsi əlaqədən çəkinmək tövsiyə olunur", - Təşkilatın direktoru Franklin Asiedu-Bekoe bildirib. 

Xatırladaq ki, avqust ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyini ictimai səhiyyə üçün fövqəladə vəziyyət elan edib. Afrika ölkələrində ilin əvvəlindən virusdan 800-dən çox ölüm halı aşkar edilib. ABŞ, Fransa, Böyük Britaniya, İsveç və Mərakeş də daxil olmaqla Qərb ölkələrində də yoluxma halları qeydə alınıb. Azərbaycanda bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->