Qalmaqallı iş adamı Maqsud Mahmudovun cinayət işinə Ali Məhkəmədə baxılacaq.
Qaynarinfo xəbər verir ki, iş hakim İlqar Orucovun icraatındadır. Noyabrın 21-nə məhkəmə baxış iclası təyin edilib.
Maqsud Mahdumovun keçmiş həyat yoldaşı Səhər Abbasova iş üzrə maraqlı şəxs qismində çıxış edir.
2020-ci ilin yanvar ayında Maqsud Mahmudov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) cinayət işi başlanıb. İş adamı ölkəni tərk etdiyinə görə Daxili İşlər Nazirliyi onu beynəlxalq axtarışa verib.
2021-ci ildə Maqsud Mahmudov Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilib. 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi iş adamını elan olunmuş ittihamlar üzrə təqsirli bilərək 14 il azadlıqdan məhrum edib.
Maqsud Mahmudovun cinayət işi üzrə 90 nəfər zərərçəkmiş qismində tanınıb.
Seyid
Şərhlər