Türkiyənin "Qalatasaray” klubunun futbolçusu Olimpiu Morutan "Neftçi”yə keçməyə yaxındır.
Bu iddia ilə İtaliyanın "Tuttomercatoweb” saytı çıxış edib.
Bildirilib ki, ötən mövsümü icarə əsasında "Piza”da keçirən Rumıniya millisinin yarımmüdafiəçisi "Bari”, "Palermo”, "Sampdoriya” kimi klubların təklifinə baxmayaraq, İtaliyaya qayıtmaqdan imtina edib. "Neftçi”nin baş məşqçisi postunda Adrian Mutunun yer alması 24 yaşlı oyunçunun qərarına təsir göstərib.
Morutanı birillik icarəyə götürmək variantını nəzərdən keçirən "Neftçi”nin hazırda "Qalatasaray” rəhbərliyi ilə danışıq apardığı vurğulanıb. Keçidin tezliklə reallaşması gözlənilir.
Qeyd edək ki, "Qalatasaray”la müqavilə müddəti 2026-cı ilin yayına qədər olan Olimpiu Morutanın transfer dəyəri 4,5 milyon avroya bərabər göstərilir.//Report.az
Şərhlər