Rusiya prezidenti Vladimir Putin avqustun sonunda Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS sammitinə getməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının prezidentinin administrasiyası məlumat
yayıb.
Məlumatda deyilir ki, qarşılıqlı razılığa əsasən, Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak etməyəcək, lakin Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Xatırladaq ki, avqustun sonunda Cənubi Afrika BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sammitinə ev sahibliyi edəcək.
Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqları işğal olunmuş ərazilərdən Rusiyaya qanunsuz deportasiyasına görə Putinin həbsinə order verib. Qanuna görə, Cənubi Afrika Pespublikası Putinin gələcəyi təqdirdə onu həbs etməlidir. Eyni zamanda, ölkə bu yaxınlarda Haaqa məhkəməsini "ikili standartlarda” ittiham edərək çıxış yolu axtaracağını və qanunvericiliyə dəyişiklik edəcəyini bəyan edib.
Bu yaxınlarda Putinin Cənubi Afrikada Pespublikasında keçiriləcək BRİKS sammitinə gələcəyi bildirilib, lakin həmin gün CAR prezidenti Siril Ramafosa Putinin sammitə özünün əvəzinə xarici işlər nazirini göndərməyi təklif edib. Moskva belə bir tələbi rədd etmişdi.
Nizami Bağırov
Şərhlər