Xəbər lenti

Putin Priqojinin öldürülməsinə “şübhəsiz” əmr verib - ISW
Dünya 13:42 24.08.2023

Putin Priqojinin öldürülməsinə “şübhəsiz” əmr verib - ISW

ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri Vladimir Putinin qiyamın alçaldılmasının qisasını aldığına və Vaqner ÖHŞ-nin rəhbərliyinin məhv edilməsinə göstəriş verdiyinə inanmağa meyillidirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə ISW-nin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, "Vaqner2 qrupunun lideri Yevgeni Priqojin və onun qurucusu Dmitri Utkinin Tver vilayəti üzərində Rusiya təhlükəsizlik qüvvələrinin "Vaqner” rəhbərliyini daşıyan təyyarəni vurmasından sonra öldürüldüyü bildirilir.

Rusiya Federal Aviasiya Agentliyinin (Rosaviasiya) avqustun 23-də verdiyi məlumata görə, bütün sərnişinlər - Yevgeni Priqojin, Dmitri Utkin, Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseyev qəza zamanı üç ekipaj üzvü ilə birlikdə həlak olublar.

Bundan əlavə, Rusiya mənbələri iddia edir ki, "Vaqner” ÖHŞ-yə məxsus ikinci Embraer təyyarəsi (registr nömrəsi RA-02748) Moskvadan havaya qalxsa da, zərbənin baş verməsi ilə təxminən eyni vaxtda geri dönüb və Moskvanın Ostafyevo hava limanına enib.

Uçuş izləmə məlumatları göstərdi ki, bu ikinci təyyarə Sankt-Peterburqa saat 18:27-də çatıb və 20 dəqiqə sonra Moskvaya qayıdıb, lakin saat 20:02-də çatıb.

Analitiklər qeyd edirlər ki, Rusiya Müdafiə Nazirliyi və Kreml üsyandan bəri "Vaqner”i məhv edir, Priqojinin gücünü zəiflədirdi. "Vaqner”in ali rəhbərliyinin öldürülməsi ÖHŞ-ni müstəqil təşkilat kimi sıradan çıxarmaq üçün yəqin ki, son addım olub.
Ekspertlər onu da ehtimal edirlər ki, Priqojin çox güman, Rusiya Müdafiə Nazirliyi və Kreml tərəfindən "Vaqner”in məhv edilməsinin qarşısını almağa çalışırdı.

İcmal qeyd edir: lidersiz "Vaqner”in gələcəyi qeyri-müəyyən olaraq qalır.

Mütəxəssislərin fikrincə, Priqojin və Utkin şübhəsiz ki, "Vaqner”in simaları idi və onların öldürülməsi ÖHŞ komandanlığı və bir marka olaraq "Vaqner”in özü üçün əhəmiyyətli nəticələrə səbəb olardı.

Bundan əlavə, "Vaqner” komandirləri və döyüşçüləri həyatları üçün qorxmağa və ya ruhdan düşməyə başlaya bilərlər.

Hesabatda deyilir ki, Rusiya Müdafiə Nazirliyi və Kremlin "Vaqner” əməliyyatına müdaxiləsi və "Vaqner” heyəti üçün yeni imkanlar uğrunda mübarizə aparacaq Priqojinin yoxluğu "Vaqner” qrupunun daha da deqradasiyasına səbəb ola bilər.

Analitiklər onu da vurğulayırlar ki, Putin "demək olar ki, şübhəsiz” Priqojinin təyyarəsini vurmaq üçün Rusiya hərbi komandanlığına əmr verib. Rusiya hərbçiləri, xüsusən də Rusiyanın müdafiə naziri Sergey Şoyqu və ordunun Baş Qərargah rəisi general Valeri Gerasimov Putinin əmri olmasaydı, Priqojini çətin ki öldürəydilər.

Və əlavə edirlər: Priqojinin qətli ilə eyni gündə Surovikinin işdən çıxarılmasının Rusiya dövlət mediasında rəsmi şəkildə təsdiqlənməsi çox güman ki, təsadüf deyil. Kreml, çox güman ki, hər iki elan edilmiş cəzanın 24 iyun qiyamının iştirakçılarının öhdəsindən gəldiyini və "Vaqner”in Rusiya rəhbərliyinə etirazının artıq həll olunmuş məsələ olduğuna dair aydın siqnal vermək niyyətindədir.

Analitiklərin fikrincə, Rusiya mənbələri qeyd edib ki, "Vaqner2 silahlı üsyanının başlamasından düz iki ay keçib, bu müddət ərzində ÖHŞ qüvvələri bir neçə rus helikopterini vurub və azı 13 rus hərbçisini öldürüb.

Mütəxəssislərin fikrincə, Priqojinin öldürülməsində Rusiyanın hava hücumundan müdafiə sisteminin məsuliyyət daşıması qərarı Rusiya Müdafiə Nazirliyinə Rusiya aviasiyası üçün genişmiqyaslı işğalın başlanmasından bəri ən ölümcül günlərdən birinin qisasını birbaşa almağa imkan verib.

Ekspertlər onu da qeyd ediblər ki, Kreml çox güman, Priqojinin qətli ilə bağlı aşkar məsuliyyəti Putindən və Rusiya hərbçilərindən götürmək üçün şərait yaradır.

Alpər


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->