Fransa çempionatının 35-ci turu çərçivəsində baş tutan PSJ - "Ayaçço" matçında parisli azarkeşlər yenidən Lionel Messiyə hörmətsilik edib.
Qaynarinfo-nun məlumatına görə, PSJ-nin 5:0 hesablı qələbə qazandığı qarşılaşmada azarkeşlər Messini fitə basıb.
PSJ-nin hazırda zədədən əziyyət çəkən futbolçusu Neymar oyun zamanı sabiq klubu "Barselona"nın dönəmindən bəri dostluq etdiyi Luis Suarezlə videozəng vasitəsilə tribunadan matçı izləyib. Neymar və Suarez köhnə dostları Messini alqışlayarkən, azarkeşlər argentinalını fitə basıb. Braziliyalı ulduz Suarezlə videozəng vasitəsilə söhbətini İnstaqram hesabında paylaşaraq "Dostumuzu birlikdə izləyirik" sözlərini yazıb. Messi isə hər dəfə topu götürəndə PSJ azarkeşləri tərəfindən fit səsləri eşidilib.
PSJ Çempionlar Liqasında mübarizəni dayandırandan sonra argentinalı superulduzun klubdan icazəsiz Səudiyyə Ərəbistanına getməsinə görə parisli azarkeşlər hələ də onu bağışlamağı düşünmür.
Səbuhi Həsənov
Şərhlər