Fransanın PSJ-nin futbolçusu Kilian Mbappe klub prezidenti Nasir Əl-Xelayfiyə verdiyi tutmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat
yayıb.
Mbappe Əl-Xelayfiyə 2023-cü ilin avqustunda PSJ ilə müqaviləsini uzatmağı vəd etsə də, bunu etməyib. Mbappenin "Real Madrid"ə keçəcəyi ehtimalı böyükdür ki, bu da klub prezidentini qəzəbləndirir.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm hücumçu Fransa Liqa 1-də PSJ-nin heyətində 28 matçda 26 qola imza atıb.
Mətbuatın yazdığına görə, forvard yayda "Real Madrid"ə keçməyə qərar verib. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Aydın
Şərhlər