Xəbər lenti

PSJ bu futbolçu üçün 100 milyon avro təklif edir
İdman 22:20 12.07.2023

PSJ bu futbolçu üçün 100 milyon avro təklif edir

PSJ "Tottenhem"in hücumçusu Harri Keyni transfer etməkdə maraqlıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, Fransa klubunun rəhbərliyi ötən həftə "Tottenhem”in prezidenti Daniel Levi ilə görüşüb. Bu həftə daha bir görüş planlaşdırılır. Parislilər hücumçu üçün 100 milyon avro ödəməyə hazırdır.

Bitmiş 2022/23 mövsümündə Keyn 46 oyuna çıxıb, 28 qol vurub. "Transfermarkt" ingilis hücumçunu 90 milyon avro dəyərində qiymətləndirir .Keyn "Tottenhem" Akademiyasının yetirməsidir və 2004-cü ildən London klubunda çıxış edir.

Keyn İngiltərə yığması ilə birlikdə 2020-ci il Avropa çempionatının gümüş və 2019-cu il Millətlər Liqasının bürünc mükafatını qazanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->