"Instagram" sosial şəbəkəsində "Prosta bandit” adlı səhifəni bərpa edəcəyinə dair söz verən "proqram mütəxəssisi” ilə bağlı qərar verilib.
Qaynarinfo-nun məlumatına görə, Adil Süleymanov (ad-soyad şərtidir) adlı şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə, faktiki olaraq informasiya texnologiyaları sahəsində heç bir peşəkar təcrübəsi və müsbət uğurları olmadığı halda "Instagram"da "profillerin.berpasi.xidmethi” adlı səhifə açıb və bağlanmış səhifələri bərpa etməsi ilə bağlı elan yerləşdirib.
Elan əsasında ona müraciət etmiş zərərçəkmiş şəxsə özünü Almaniyada yaşayan proqram mütəxəssisi kimi təqdim edərək, bağlanmış "Prosta bandit” adlı səhfəsini bərpa edəcəyinə dair vəd verib və bu adla 550 manat pul alıb. Bununla da təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini tərədib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Adil Süleymanov Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Əhməd
Şərhlər