"Konqo, Afrikanın digər ölkələri risk qrupuna aiddir. Həmin ölkələrdə giriş-çıxış ciddi nəzarət altına alınmalıdır. Yəni ciddi karantin tədbirləri görülməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla meymunçiçəyi virusu ilə mübarizə yollarından danışarkən deyib.
Professor bildirib ki, bir müddət həmin ölkələrdən turist səfərləri, gediş-gəliş təxirə salınsa, məqsədəuyğun olar:
"Çünki bir xəstə insanın oradan başqa bir ölkəyə getməsi əlavə problemdir. İstər dünya, istərsə də iqtisadiyat üçün problemlər yarana bilər. İndiki virus geniş ərazidə yayılarsa və geniş epidemik ocaqlar yaradarsa, ölüm hallarının daha çox olması proqnozlaşdırılır. Bu məqsədlə bütün ölkələr bir müddət həmin dövlətlərə turist səfərlərini dayandırsınlar. Həmin ölıkələrdən gələn bağlamalar, sifarişlər əlcəklə yoxanılmalıdır".
Professor əlavə edib ki, transsərhəd keçid zonalarına ciddi nəzaət edilməlidir:
"Əhali maarifləndirilsin, səhiyyə hazır vəziyyətə gətirilməlidir. İnfeksiya vaxtında lokallaşanda onun yayılma ehtimalı az olur. Nəzərə alaq ki, bu hava-damçı yolu ilə deyil, kontakt yolu ilə yayılan infeksiyadır".
Qeyd edək ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) Avropa ölkələrini meymunçiçəyi virusu ilə mübarizəyə hazır olmağa çağırıb.
Bahar Rüstəmli
Şərhlər