Xəbər lenti

Priqojinin Şoyqu və Gerasimovu ələ keçirmək planı necə ifşa olunub?
Dünya 17:02 28.06.2023

Priqojinin Şoyqu və Gerasimovu ələ keçirmək planı necə ifşa olunub?

Yevgeni Priqojin Rusiyanın hərbi rəhbərliyini ələ keçirməyi planlaşdırırdı. Sui-qəsd FSB-yə məlum olduqdan sonra Priqojin planlarının həyata keçirilməsini sürətləndirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal" Qərb rəsmilərinə istinadən yazır. 

Priqojin ilkin olaraq Ukrayna ilə həmsərhəd cənub bölgəsinə planlaşdırılan səfəri zamanı müdafiə naziri Sergey Şoyqu və Baş Qərargan rəisi general Valeri Gerasimovu ələ keçirmək niyyətində idi. Ancaq plan həyata keçirilməzdən iki gün əvvəl FSB bundan xəbər tutub. Qərb kəşfiyyat xidmətləri də Priqojinin planlarını e-poçtların ələ keçirilməsi və peyk görüntüləri vasitəsilə öyrəniblər. 

Plan ifşa olunub və bu, Priqojini alternativ planı improvizasiya etməyə məcbur edib. Priqojin niyyətlərini yüksək rütbəli hərbi zabitlərə, ola bilsin ki, general Sergey Surovikinə çatdırdığına dair şübhələr var. Lakin Surovikin sui-qəsdi pisləyib və "Vaqner” kolonlarına hava zərbələri endirib. Priqojin qüvvələrini bölüb: özü Rostovdakı bunkerdən üsyana rəhbərlik edərək bir neçə min muzdlusuna Moskvaya getməyə əmr edib. 

Belarus prezidenti Aleksandr Lukaşenko vasitəçilik təklif etməsəydi, üsyan çox güman ki, Moskvada silahlı qarşıdurma ilə bitəcəkdi. Üsyan Rusiya ordusunda kütləvi təmizləmələrə səbəb olub və Surovikin o vaxtdan bəri görünmür. Keçmiş Müdafiə Nazirliyinin rəsmisi Mixail Zvinçukun sözlərinə görə, "Vaqner" üsyanı Rusiya silahlı qüvvələrində genişmiqyaslı təmizləmələrə səbəb olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->