Rusiya İstintaq Komitəsi Tver vilayətində baş verən təyyarə qəzasından sonra molekulyar-genetik müayinələri başa çatdırıb.
Qaynarinfo xəbər verir ki, İstintaq Komitəsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, ölənlərin hamısının şəxsiyyəti müəyyən
edilib. Yevgeni Priqojin də ölənlər arasındadır.
"Tver vilayətində baş vermiş təyyarə qəzasının təhqiqatı çərçivəsində molekulyar-genetik ekspertizalar başa çatıb. Onların nəticələrinə əsasən, ölən 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib, adlar uçuş vərəqəsində göstərilən siyahıya uyğundur", deyə deyə məlumatda bildirilir.
Daha əvvəl Federal Hava Nəqliyyatı Agentliyi məlumat vermişdi ki, sərnişinlərin siyahısına əsasən, təyyarədə Yevgeni Priqojin və Dmitri Utkin ölüb.
Aydın
Şərhlər