Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 30-da bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, V.Hacıyev bu il mayın 4-dən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi idi.
Şərhlər