Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Salxab İsa oğlu Məmmədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Səlxab Məmmədov 1943-cü ilin 4 yanvarında Şəki şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Azərbaycan Respublikasının xalq rəssamının sabah 70 yaşı tamam olacaq.
Səlxam Məmmədovun bir oğlu - Elxan Məmmədov AFFA-nın sabiq baş katibidir. O, hazırda FIFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru vəzifəsini tutur.
Xalq rəssamının digər oğlu Emin Məmmədov "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.
Şərhlər