Rudi Qarsiya "Napoli"nin baş məşqçisi postundan qovulacaq.
Qaynarinfo "La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, klub prezidenti Aurelio De Laurentiis "Empoli”yə 0:1 hesablı məğlubiyyətdən sonra qəzəblənib və fransız məşqçini istefaya göndərmək qərarına gəlib.
Əslində, məşqçi artıq işdən çıxarılıb, o, çərşənbə günü məşqə rəhbərlik etməyəcək.
Qarsiyanı əvəzləməyə əsas namizəd "Marsel”in keçmiş baş məşqçisi İqor Tudor, ona alternativ isə fevralda "Benevento”dan istefaya göndərilən Fabio Kannavarodur.
"Napoli" A Seriyasında 12 oyundan sonra 21 xalla 4-cü yerdə qərarlaşıb.
Nizami Bağırov
Şərhlər