Xəbər lenti

Prezident oğlu gələcək baş nazirə 100 inək qarşılığında evlilik təklif etdi
Dünya 13:58 06.10.2022

Prezident oğlu gələcək baş nazirə 100 inək qarşılığında evlilik təklif etdi

Uqanda Prezidenti Yoveri Museveninin oğlu Muhozi Kaineruqaba İtaliyada keçirilən parlament seçkilərində qalib gələn və Baş nazir olmağa hazırlaşan Corciya Meloniyə 100 inək qarşılığında evlilik təklif edib. 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Uqanda Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı olan Kaineruqaba dostu, Uqandanın İtaliyadakı səfiri Mali Matsantini bu iş üçün mükəlləf edərkən, "Romadan başlamalıyam, amma inəkləri gömrükdən necə keçirəcəyəm?” ifadəsini işlədib. 

O, həmçinin "Twitter”də İtaliyanı işğal etməklə hədələyib. Amma az sonra yazdıqlarını silib. Atası isə onu bu fikirlərinə görə vəzifəsindən azad edib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->