Polşanın Baş nazirinin müavini və rəqəmsallaşma naziri Kşiştof Qavkovski bazar ertəsi, sentyabrın 9-da bildirib ki, Polşada informasiya tələb edən və şantajla məşğul olan bir qrup Belarus və Rusiya kibertəxribatçısı aşkar edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rzeczpospolita məlumat yayıb.
Onun sözlərinə görə, təxribatçılar "son günlərdə” ifşa edilib.
"Biz Polşada konkret məqsədlər güdən və konkret məkandan idarə olunan bir qrup təxribatçı ifşa edə bildik”, – Qavkovski bildirib.
Onun sözlərinə görə, təkcə 2024-cü ilin birinci yarısında Polşada 400 mindən çox kibertəhlükəsizlik pozuntusu faktı qeydə alınıb və 100 minə yaxın tədbir görülüb.
"Bu gün biz elə bir vəziyyətlə üzləşirik ki, şəxsi, fərdi məlumatlar şantaj üçün əsas ola bilər: şantaj, təkcə pul qoparmaq deyil, həm də əməkdaşlığa (xarici xidmətlərlə-red.) məcbur etmək məqsədi daşıyırdı”, - Qavkovski deyib.
Nizami Bağırov
Şərhlər