Dopinqə görə dörd il müddətinə futboldan uzaqlaşdırılan fransız futbolçu Pol Poqba 2027-ci ildə 34 yaşında yaşıl meydanlara qayıda biləcəyi ehtimalına görə ilk təklifini alıb.
Qaynarinfo-nun məlumatına görə, "Yuventus"un və "Mançester Yunayted" keçmiş futbolçusu, Media Futbol Liqasında (MFL) çıxış edən Rusiya komandası "Broke Boys”dan təklif alıb.
MFL məşhurların, aktyorların, aparıcıların, yutub istifadəçilərinin oynadığı və bir bukmeker kontorunun ildə 250 milyon rubl köçürməklə sponsorluq etdiyi yarışdır.
Komandanın rəhbəri Artyom Çatyaturyan "Tuttosport”a açıqlamasında Poqbaya təklif etdiklərini təsdiqləyib. O, "Zarafat kimi görünə bilər, amma biz ona zəng etdik. O da nəzakətlə imtina etdi. Poqba çıxılmaz durumdadır və bunu qəbul etmək üçün zamana ehtiyacı var. O, dünyanın ən yaxşı futbolçularından biridir və uzun müddət oynaya bilməyəcək" - sözlərini söyləyib.
"Broke Boys”un Poqbaya onların komandasında oynamaq üçün ayda 1170 avro və yaşamaq üçün lüks mənzil təklif etdiklərini bildirib.
Səbuhi Həsənov
Şərhlər