Afrika Millətlər Kuboku təxirə salınıb.
Qaynarinfo xəbər veri ki, Fil Dişi Sahilinin ev sahibliyi edəcəyi turnir pis hava şəraitinin gözlənilməsi səbəbilə 2023-cü ildə deyil, 2024-cü ildə keçiriləcək. Bu haqda Mərakeşin paytaxtı Rabatda keçirilən Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Şurasının iclasından sonra prezident Patris Motsepenin təşkil etdiyi mətbuat konfransında bildirilib.
Afrika Millətlər Kubokunun keçiriləcəyi Fil Dişi Sahilində 2023-cü ilin iyun və iyul aylarında güclü yağışın gözlənildiyini qeyd edən Motsepe açıqlamasında "Risk ala bilmərik. Ona görə də Afrika Millətlər Kuboku 2024-cü ilin yanvar və fevral aylarında oynanılacaq. 2024-cü ilin yanvarı əslində bizim üçün ideal vaxt deyil. Amma Avropa komandalarının oyun cədvəlinə görə başqa seçimimiz yoxdur” ifadələrini işlədib.
Afrika Millətlər Kuboku əvvəlki turnirə ev sahibliyi edən Kamerundan sonra ikinci dəfə yanvar-fevral aylarında keçiriləcək.
Səbuhi Həsənov
Şərhlər