Xəbər lenti

Peskov Priqojinin ölümüylə bağlı versiyalardan danışdı: “Qəsdən törədilmiş vəhşilik...”
Dünya 16:56 30.08.2023

Peskov Priqojinin ölümüylə bağlı versiyalardan danışdı: “Qəsdən törədilmiş vəhşilik...”

"Qəsdən törədilmiş vəhşilik...”

Müstəntiqlər "Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin təyyarə qəzası işi üzərində işləyirlər. Baş verənlərlə bağlı bir neçə versiya var.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Heç bir nəticə olmadığına görə, mən bunu sizin üçün dəqiq ifadə edə bilmərəm. Amma açıq-aydın görünür ki, müxtəlif versiyalar var, onların arasında, deyək ki, qəsdən törədilmiş vəhşilik versiyası da var. İstintaq Komitəsinin apardığı Rusiya araşdırmamızın nəticələrini gözləyək”, - Peskov bildirib.

Daha əvvəl bildirilmişdi ki, istintaq fəlakətlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir. RBC-nin məlumatına görə, onların arasında pilot xətası, texniki problemlər və kənar təsirlər var.

Xatırladaq ki, avqustun 27-də Rusiya Federasiyasının İstintaq Komitəsi Yevgeni Priqojinin Tver vilayətində biznes təyyarəsinin qəzaya uğraması nəticəsində öldüyünü təsdiqləyib. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->