Xəbər lenti

Maqazin 16:26 04.07.2024

"Pərviz Bülbüləni öyrətməyə hazıram" - Muğam ustadından meyxanaçıya dəstək

"Pərviz Bülbüləyə deyin ki, bilmədiyi hər hansı muğam varsa, onu təmannasız öyrətməyə hazıram". 

Bunu Qaynarinfo-ya açıqlamasında xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov meyxana ifaçısı Pərviz Bülbülənin "Əcəb edib, muğam oxumuşam” fikirlərinə münasibət bildirərkən deyib. 

Xanəndə meyxanaçını dəstəklədiyini vurğulayıb:

"Pərviz Bülbülə neyləyəcək? Bizi meyxanaya salacaq? Salsın, biz də şad olarıq. Bizi meyxanaçı edə bilməyəcək. Uzaqbaşı meyxanada adımızı çəkəcək, biz də təşəkkür edəcəyik. Kim istəyirsə, muğam oxuya bilər. Muğam oxuyanların sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır”. 

Qeyd edək ki, meyxanaçı Pərviz Bülbülə muğam oxuyub. O, buna görə tənqidə tuş gəlib. Meyxanaçı onu tənqid edənlərə "Muğam oxumaq üçün xanəndə olmaq lazımdır? Oxuyuram, əcəb edirəm. Keçən dəfə səhv oxumuşam, bu dəfə daha da səhv oxuyacağam”, deyə muğam ifaçılarına mesaj göndərib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->