"Mançester Siti" İngiltərə Premyer Liqası çərçivəsində "Aston Villa"ya uduzub.
Qaynarinfo xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 73-cü dəqiqədə Leon Beyli vurub.
İlk hissədə "Aston Villa"nın futbolçuları "Mançester Siti"nin qapısına 13 zərbə endirib. Bu, Pep Qvardiolanın rəhbərlik etdiyi komandaların Avropanın yüksək liqalarında 535 matçda göstərdiyi ən pis göstəricidir.
"Mançester Siti" İngiltərə çempionatının turnir cədvəlində 30 xalla dördüncü yerdədir. "Aston Villa" 32 xalla üçüncü pillədə qərarlaşıb. Londonun "Arsenal” klubu 36 xalla birinci, "Liverpul" 34 xalla ikincidir.
Növbəti turda "Mançester Siti” "Luton”la qarşılaşacaq. Görüş dekabrın 10-da baş tutacaq. "Aston Villa" isə dekabrın 9-da "Arsenal"la qarşılaşacaq.
Aydın
Şərhlər