Xəbər lenti

Pep Qvardiola klublararsı dünya çempionatının tarixinə düşdü
İdman 13:16 23.12.2023

Pep Qvardiola klublararsı dünya çempionatının tarixinə düşdü

Klublararsı dünya çempionatının finalında "Fluminense"ni 4:0 hesabı ilə məğlub edən və titulu başı üzərinə qaldıran "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola iki rekord qırıb.

Qaynarinfo-nun məlumatına görə, Qvardiola bu yarışda üç fərqli klubla çempion olan yeganə baş məşqçi ünvanına yiyələnib. Karyerasında daha əvvəl "Barselona” və "Bavariya” ilə klublararası dünya çempionatının qalibi olan mütəxəssis bu uğuru "Mançester Siti”nin "sükanı" arxasında da təkrarlayıb. Qvardiola həm də bu çempionatı ən çox qazanan məşqçi oldu (4).

Bu Qvardiolanın ümumilikdə 37-ci kuboku olub. O, daha əvvəl "Barselona", "Bavariya" və "Mançester Siti" ilə ümumilikdə 36 kubok qazanmışdı. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->