Donald Tramp administrasiyası dövründə ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə köməkçisinin keçmiş müavini Maykl Mulroy Pentaqonu husilərə qarşı əməliyyat zamanı Yaxın Şərqdə hərbi əməliyyatların genişləndirilməsinə hazırlaşmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters"
yazıb.
"Birləşmiş Ştatlar Qırmızı dənizdə və ya Suriyada, İraqda növbəti hücumlara cavab tədbirlərini gücləndirməyi planlaşdırmağa başlamalıdır", - Mulroy deyib.
Onun sözlərinə görə, ABŞ-ın potensial hərbi hədəfləri siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da daxil edilməlidir.
Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə Husi Ənsar Allah hərəkatının 16 obyektinə 60-dan çox hədəfə hücum edib. Bir neçə böyük şəhərdə partlayışlar baş verib və Səna hava limanı kütləvi bombardmanlara məruz qalıb. Amerika hərbçiləri Tomahawk qanadlı raketləri ilə, İngilislər isə Paveway IV idarə olunan bombaları ilə hücumlar etdiyini bildirib.
ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak əməliyyatı Husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına cavab adlandırıblar. Yəmən "tərəddüd etmədən” cavab verəcəyini vəd edib.
Alpər
Şərhlər